Esmeralda

Esmeralda Sağlamlıq 7-11-2018, 08:25

Xərçəngin dərmanı -"qara sarımsaq"

Xərçəngin dərmanı -"qara sarımsaq"
Türkiyə Kastomonuda bir firma tərəfindən məşhur Taşköprü sarımsağının 4-5 həftədə mayalanması ilə istehsal edilən “qara sarımsaq” Avropaya ixrac edilməyə hazırlaşır.

Təxminən 2 illik araşdırma və inkişaf işlərindən sonra qurulan müəssisədə istehsal olunan sarımsaqlar həm Türkiyədə həm də digər xarici ölkədə tələblə qarşılanır. Ötən aylarda Avropada yüzlərlə məhsulun yarışdığı yarışmada mükafatlandırılan “qara sarımsaq” qarşıdakı aylarda Almaniya, Rusiya və Azərbaycan başda olmaqla bir çox Avropa ölkələrinə ixrac ediləcək.
“Qara sarımsaq” tərkibindəki komponentlər sayəsində alzaymer və xərçəng kimi xəstəliklərin riskini azaldır.

Firm sahibi Halit Cebeci uzun illər dərman sənayesində işlədikdən sonra qazandığı təcrübələrlə bu işi görməyə qərar verib. Cebeci “qara sarımsağ”ın istehsalı haqqında məlumat verərək, çox uzun və çətin istehsal prosesindən keçdiyini bildirib.

mənbə: metbuat.az

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
540 614 579 554 505 508

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.