Baş ağrısını azaldan bilmədiyiniz 5üsul

Baş ağrısını azaldan bilmədiyiniz 5üsul
Baş ağrısı ən yayılmış şikayətlərdən biridir. Başınız ağrıyırsa dərhal dərman qəbul etməyin.Ağrıkəsici dərmanların tez-tez istifadəsi çox ziyanlı və təhlükəlidir. Bəzi çox sadə üsullar baş ağrısını azaltmağa kömək edir.

Sizə bu üsulları təqdim edirik:

1. İsti duş qəbul edin
Baş ağrısının səbəbi bir çox hallarda boyun və çiyin əzələlərinin sıxılmasıdır. İsti duş əzələlərin sıxılmasını aradan qaldırır və bu da baş ağrısını azaldır.

2. Çay için
Çay bütün digər faydalı xüsusiyyətlərlə yanaşı yüngül ağrıkəsici xüsusiyyətə də malikdir.Baş ağrısının ilkin mərhələlərində 1 fincan təzə dəmlənmiş çay için.

3. Qulaqlarınızı massaj edin
Əllərinizlə qulaqlarınızı 1-2 dəqiqəərzində yüngül sürtün.

4. Aromaterapiyadan istifadə edin
Nanə, şokolad, portağal, qızılgül və bir çox digər qoxular baş ağrısını azaldır.

5. Sevdiyiniz insanı qucaqlayın
Araşdırmalar göstərib ki, qucaqlaşmaq orqanizmdə oksitosin hormonunun ifrazını artırır.
Bu hormon sakitləşdirir vəağrıları azaldır.


Dərc etdi:Uğurböceyi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
353 373 320 311 291 316

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.