Poppy - nin Loading.az - lılarla səmimi söhbətləri)

Poppy - nin Loading.az - lılarla səmimi söhbətləri)
Salam əziz Loading.az - lılar. yadınızdadırsa bir müddət əvvəl bu layihəni əziz userimiz Asimana həvalə etdim. sonra isə ümumiyyətlə dayandırdıq. bu gün yenidən başlamaq isdəyirəm bu layihəyə. İnşAllah bundan sonra davamlı olması ümidi ilə.)


Poppy - nin Loading.az - lılarla səmimi söhbətləri)


Bu həftəki iştirakçım sevimli Pandisim. onada indidən təşəkkürümü bildirirəm iştirak etdiyi üçün.




1. Salam Pandisim. Xoş gəlmisən.) İlk öncə necəsən?
Salam şükür can xoş gördük sən necəsən?

2. Məndə yaxşıyam çox sağol. Saytı ilk necə tapmısan və ilk gəlişin necə olub?
Bir tanışım götürüb məni bura.İndi ikimizdə bir birimizə çox uzağıq.

3. Özünü ən çox hansı user(lər)ə daha yaxın hiss edirsən?
Heç kəslə can.

4. Niyə dostluğunda ikicə nəfər var?)
Nə bilim çox danışmağı sevmirəm ona görə.əvvəl dostluğumda var idi userlər.Sonra çıxartdım.Danışmırdım dostluğumda durmaqları mənasız gəldi.

5. Sayta gözünə batan kimsə var yacudda simpaduyduğun səmimi gördüyün biri?
Xeyr yoxdu can.

6. Musiqini sevirsən? Bizə bir mahnı məsləhət gör.
Bəli sevirəm musiqini.Seymur Məmmədov - Ata musiqisi çox gözəldir məsləhət görürəm.

7. Saytda olmağının səbəbi nədi?
Boş vaxtlarımı bəzən burada istifadə edirəm.

8. Səncə insanlar xəyalpərəst olsa yaxşıdır yoxsa gerçəkçi?
Məncə ikisinində öz yeri var.İnsanlarda ikisidə olmalıdır ki məqsədlərinə çatsin.

9. Bizə sevgini tək cümlə ilə izah edə bilərsən?
Sevgini cümləylə yox tək kəlimə ilə də izah edərəm canim.. "Allah"

10. Səncə sevən qadın hər şeyi bağışlayar yoxsa yox?
Qadından asılıdır məncə.Amma insan sözünün mənası unutqan deməkdir.Hər şeyi unutmaya qadirdir insan.

11. Heyvanlarla, xüsusəndə pandalarla aran necədi?)
Superdir.Nikimdən bilinər məncə :D

12. Səncə sən məclis adamısan yoxsa təklik?
Əsasən təklik adamıyam.tək qalmağı çox sevirəm.Amma məclislərə də gedirəm.


13. Sualları bəyəndin?
Əlbətdə çox bəyəndim gözəlim.


14.Ən xoşuna gələn və çox mənasız gördüyün suallar hansı idi?
Hamısını bəyəndim.Əsasən sevgini bir cümlədə izah etməyi sevdim.Mənasız sual yox idi.

15. Bildiyin kimi qisa bir aradan sonra müsabiqəyə davam etməyə qərar verdim. Davamli olsun səncə?
Bəli davamı olsun çox maraqlıdır çünki.

16. Son olaraq müsabiqəylə bağlı fikirlərini de.)
Xüsusi fikrim yoxdur can, maraqlı müsabiqədir.Mənədə yer ayırdığın üçün minnətdaram sənə.Uğurlar hamıya.




Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
596 562 541 595 538 501

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.