Sevgilisinin şər atdığı oğlanı 99 illik həbsdən selfie fotosu xilas etdi

Sevgilisinin şər atdığı oğlanı 99 illik həbsdən selfie fotosu xilas etdi
ABŞ-ın Texas ştatında yaşayan Kristofer Presopia çəkdiyi bir selfie foto sayəsində üzərinə atılan şərdən qurtulub.

Prokurorun 99 il həbs cəzası tələb etdiyi Kristoferin ailəsi məhkəməni 150 min dollar girovla oğlanı müvəqqəti azadlığa buraxmağa razı sala bilib.

21 yaşlı gəncin keçmiş sevgilisi polisə müraciət edərək Kristoferin onun evinə zorla girdiyini, onu döydüyünü, bıçaqla sinəsinə xaç qazıdığını iddia edib. Prokuror isə şikayət ərizəsinə əsasən gənc oğlan üçün 99 il həbs cəzası tələb edib.

Gəncin ailəsi məhkəməyə 150 min dollar girov qoyaraq övladlarını azadlığa buraxıblar və onun günahsız olduğunu sübut ediblər. Kristoferin anası bildirib ki, hücumun baş verdiyi gün ailə hadisə yerindən 65 km uzaqda olan bir oteldə yemək yeyib. Kristofer isə yemək zamanı selfie foto çəkib və onu sosial şəbəkədə paylaşıb. Bu foto polisi inandırıb ki, qıza hücum edilən zaman Kristofer tamamilə başqa bir yerdə olub.

Sonra isə qız Kristoferdən intiqam almaq üçün belə bir yalan uydurduğunu boynuna alıb.


Sevgilisinin şər atdığı oğlanı 99 illik həbsdən selfie fotosu xilas etdi


Dərc etdi:BöceK:(

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
393 388 423 404 394 371

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.