Kənan Heydərov

Kənan Heydərov özünü 🤔 fikirli hiss edir. Şəkillər / Xəbərlər / Maraqlı 21-11-2018, 18:17

Bu şəhərdə heç kəs evinə soyuducu almır - Dünyanın ən soyuq yerindən FOTOLAR

Dünyanın ən soyuq şəhəri Yakutsk.

Rusiyada dondurucu soyuğun yaşayış həyatına təsir etmədiyi bir şəhər var. Dünyanın ən soyuq şəhəri ünvanına sahib Yakutsk şəhərindən söhbət açacağıq.


Yakutskda həyat çox çətindir. Təsəvvür edin ki, bu şəhərdə adi orta temperatur -40 dərəcədir.

Rusiyanın ən soyuq şəhəri olan Yakutskda hətta termometr belə havanın soyuqluğuna tab gətirmir.

Bəs Yakutsk şəhəri necə bir yerdir və burada neçə adam yaşayır?

Şəhər Rusiyanın Saxa Respublikasının paytaxtı, eyni zamanda ən böyük şəhəridir. Şimal qütb dairəsinin 450 km cənubundadır. Lena çayı üzərində yerləşir.

Zəngin mədənlərə sahib olan Yakutsk 1632-ci ildə salınıb.

Şəhərin iqlimi çox soyuqdur. Orta temperatur -40°C-dir. Şəhərin ətrafında Oymyakonda -71,2°C temperatur qeydə alınıb və bura şimal yarımkürəsinin ən soyuq yeri təyin edilib.

Heç bilirdizmi əhalinin əksəriyyətini təşkil yakutlar əslində türk xalqıdır?

Yakutiya Rusiya Federasiyasının ərazisinin beşdə bir hissəsini tutur və dünyanın ən böyük sahəsinə malik muxtar ölkədir.

Yakutsk şəhərinin əhalisi 210 minə yaxındır. Şəhərdə soyuqluq qışda -60 dərəcəyə qədər düşə bilər. Yaz aylarında istilik 25 dərəcəyə qədər çatır.
Bu şəhər o qədər soyuqdur ki, hətta -30 dərəcə bu şəhərdə isti tempertur kimi qəbul edilir.


Yakutsk şəhərinin ətrafındakı Oymyakon kəndində temperatir 1924-cü ildə -71.2 dərəcə qeydə alınmışdır. Bu isə rekord rekord göstərici hesab olunur. Oymyakon dünyanın ən soyuq qəsəbəsi sayılır.

Soyuğa baxmayaraq bu şəhərdə yeganə cəhət zəngin yeraltı sərvətlərə malik olmasıdır.
Dünyada almaz ehtiyatlarının yüzdə 20 faizi bu şəhərdədir.

Yakutsk həmçinin neft, təbii qaz, qızıl və qiymətli metallarla zəngin bir şəhərdir. Şəhər o qədər soyuqdur ki, burda heç bir məhsul yetişmir.

İnsanların balıq və ətlə qidalanmaq məcburiyyətində qaldığı Yakutskda market və bazarlarda ən çox ət və balıq satılır.
Burda soyuducudan istifadə etməyə ehtiyac yoxdur. Soyuq temperatura görə, bazarda satılan hər şey dondurucudan çıxarılmış kimi təbii olaraq buzla örtülü olur. İnsan bu şəhərdə alt paltarlarını belə yundan geyinirlər.

Məktəblər və dövlət orqanları temperatur -45 dərəcədən aşağı düşməsə tətilə çıxmırlar.

Loading.Az sizlərə dünyanın ən soyuq şəhərinin soyuqluğunu əks etdirən fotoları sizə təqdim edir.


































Derc etdi - Esmeralda

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
599 591 570 513 618 596

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.