Esmeralda

Esmeralda Xəbərlər 22-11-2018, 09:35

Bin Ladenə görə bütün dünyanı aldatdılar - İllər sonra HƏR ŞEY ÜZƏ ÇIXDI

Bin Ladenə görə bütün dünyanı aldatdılar - İllər sonra HƏR ŞEY ÜZƏ ÇIXDI
Pakistan rəsmi olaraq ilk dəfə “Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə bin Ladenin tapılmasında rolunu qəbul edərək, ABŞ prezidenti Donald Trampın iddialarını təkzib edib.

Loading.az publika.az-a istinadən xəbər verir ki, xarici mediaya istinadən xəbər verir ki, açıqlamaya görə, “Əl-Qaidə” liderinin tapılması üçün ilk dəlil ABŞ-a Pakistan kəşfiyyatı tərəfindən verilib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən gün Üsamə bin Ladenin tapılmasında Pakistanın heç kömək etmədiyini, bu ölkəyə edilən milyonlarla dollarlıq yardımların boşa getdiyini bildirmişdi. Tramp yanvar ayında isə Pakistanın bəzi terror təşkilatları üçün təhlükəsiz bir bölgəyə çevrildiyini və bu təşkilatların Əfqanıstanda hücumlarda iştirak etdiyini söyləmişdi.

ABŞ bu il Pakistana 255 milyon dollarlıq hərbi yardımın verilməsini dayandırıb.

Qeyd edək ki, Üsamə bin Laden bir çox ölkədə qadağan edilmiş “Əl-Qaidə” beynəlxalq terror təşkilatının banisidir. O, 11 sentyabr 2001-ci ildə Nyu-Yorkda terror aktlarının təşkilatçısı hesab edilir. Bin Laden 2 may 2011-ci il gecəsi Amerika hərbçiləri tərəfindən Pakistanın Abbottabad şəhərində məhv edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
459 447 413 391 419 461

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.