Esmeralda

Esmeralda Azərbaycan 23-11-2018, 17:12

OD MƏBƏDİ - ATƏŞGAH

OD MƏBƏDİ - ATƏŞGAH
Od məbədi olan "Atəşgah" Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilişi olan tövlə eramızın 1713-cü ilinə aiddir, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir.

Suraxanı "Atəşgah"ı məbədin özündən, hind guşənişinlərinin hücrələrindən və zəvvarlar üçün otaqlardan ibarət idi. Atəşgahı bu abidəni sifariş vermiş hindlilərin planı üzrə yerli ustalar tikmişlər.

Ümumiyyətlə, Atəşgah plan quruluşuna görə şəhər karvansaraylarına oxşayır. Abidə memarlıq üslubuna görə hələ Midiya dövründən Azərbaycanda yayılmış od səcdəgahlarının tikinti ənənələrini əks etdirir. Lakin o, özündə bəzi hind məbədlərinin əlamətlərini saxlayıb.

Erkən orta əsrlərdə Azərbaycan əhalisinin əksəriyyəti atəşpərəstlik, yəni Zərdüşt dininə sitayiş edirdi. Hətta qədim Azərbaycan dövləti olan Atropatenanın dövlət dini Zərdüşt dini olub. Bu baxımdan a­təş­pə­rəst­lə­rin qə­dim abi­də­lə­rin­dən bi­ri Azər­bay­can­da yer­lə­şir. Atəş­gah adlanan bu ta­ri­xi abi­də Su­ra­xa­nı­da­dır. Bu­ra öz odu-alo­vu ilə atəş­pə­rəst­lə­rin ən mü­qəd­dəs ziyarətga­hı hesab edilirdi. On­lar dünyanın ən müx­tə­lif öl­kə­lərin­dən oca­ğa zi­ya­rə­tə gə­lir­dilər. Məbədin ka­hin­lə­ri mü­qəd­dəs alo­vu gün ər­zin­də tez-­tez yox­la­yıb onu sön­mə­yə qoy­mur­du­lar. Bu ənənə ərəb is­ti­la­sı­na qə­dər da­vam et­di­. Ə­rəb­lə­rin Azər­bay­ca­nı is­ti­la­sın­dan, əha­li­nin is­la­mı qə­bul etmə­sin­dən son­ra zər­düşt­lə­rin iba­dət­ga­hı unu­dul­du. Zər­düşt di­nin­dən dön­mək is­tə­mə­yən­lər isə təqib edil­di­yin­dən öl­kə­ni tərk et­di­lər. Nə­ti­cə­də iba­dət­gah ba­xım­sız­lıq­dan uçub da­ğıl­dı.

İndira Qandinin Atəşgahı ziyarət etməsi
Okt­yabr in­qi­la­bın­dan son­ra Su­ra­xa­nı mə­bə­di ke­ro­sin za­vo­du­na çev­ril­di. Güm­bə­zin­də­ki od isə sön­dü­rül­dü. Yal­nız 1970-­ci il­lə­rin əv­vəl­lə­rin­də İn­di­ra Qan­di mü­qəd­dəs ye­ri zi­ya­rət et­mək arzusun­da ol­du­ğu­nu bil­dir­dik­dən son­ra yer­li rəh­bər­lik əl­-a­ya­ğa düş­dü. Mə­bə­din əra­zi­si zir-zibildən tə­miz­lən­di, ora ge­dən yol as­falt­lan­dı, ti­ki­li tə­mir edil­di. Ən əsa­sı isə mə­bəd­də qaz ye­ni­dən yan­dı­rıl­dı. İndira ­Qan­di sə­fə­rin­dən çox ra­zı qal­dı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
812 847 687 742 670 718

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.