Kənan Heydərov

Kənan Heydərov özünü 😉 kreativ hiss edir. Video, Klip / Maraqlı / Texnologiya 23-11-2018, 19:18

Bütün bədəni skaner edən ilk qurğu - Video

Kaliforniya Universitetinin alimləri və Çinin "United Imaging Healthcare" texnologiya şirkəti tərəfindən birgə hazırlanmış ilk skaner bir neçə saniyə ərzində insanın bütün bədəninin üçölçülü görüntüsünü əldə edir.

Loading.Az "ICTnews"a istinadən xəbər verir ki, "EXPLORER" adlı aparatın hazırlanmasına 7 il vaxt sərf edilib. Qurğu insan bədəninin skan edilməsi üçün 2 texnologiyanı özündə birləşdirir: kompüter və pozitron emmisiya tomoqrafiyası, ancaq istehsalçıların sözlərinə görə, sözügedən qurğu hər 2 texnologiyadan effektivdir.

Məsələn, "3D" skaner 20-30 saniyə ərzində insanın bütün bədəninin görüntüsünü əldə etmək qabiliyyətinə malikdir, halbuki positron emmisiya tomoqrafiyasına ən azı 12,5 dəqiqə tələb olunur. "EXPLORER" qurğusunda şüalanmanın dozası 40 dəfə azdır.

Skaner daxili orqanların üçölçülü görüntüsündən başqa, bədənin daxilində nişanlanmış preparatların hərəkətini izləmək qabiliyyətinə malikdir. "EXPLORER" 24 noyabrda Şimali Amerika Radiologiya Cəmiyyətinin konfransında təqdim ediləcək.





Dərc etdi Esmeralda

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
310 289 346 313 284 267

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.