Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 24-11-2018, 12:32

Azərbaycanda boşananların sayı açıqlandı

Azərbaycanda boşananların sayı açıqlandı
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 45 977 nikah qeydə alınıb.

Loading.Az-ın Trend-ə istinadən məlumatına görə, qeydə alınmış boşanma hallarının sayı isə 11 102 olub.

Əhalinin hər 1 000 nəfərinə nikahların sayı 6,3, boşanmaların sayı isə 1,5 olub.

Azərbaycanda boşanan qadın və kişilər daha çox 5 ilə qədər davam edən ailəlik həyatından sonra ayrılmağa qərar veriblər.

Ötən il ölkədə 14 514 boşanma halı olub ki, onların da çoxunun nikahının davametmə müddəti 5 ilə qədər olub.

Boşananlar arasında nikahları 9 ilədək davam edənlərin sayı nisbətən azdır. Lakin nikahları 10 il və daha çox davam edənlərin boşanma sayı da çoxdur və bu say 5 ilədək evli qalanlardan sonra ikinci yerdə gəlir.

2017-ci ildə boşanan 5 398 cütlüyün nikahı 5 ilədək, 3 948-nin nikahı 9 ilədək, 5 168-nin nikahı 10 il və daha çox davam edib.


Dərc etdi Esmeralda

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
372 433 358 385 390 382

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.