Bu dəfə nə üçün ağlayırsan?
Bu dəfə nə üçün ağlayırsan? Bax yenə yanaqlarına süzülmüş gözyaşın ... sil tez sil ... bilirəm yaşamaq darıxdırıcı olmağa başladı. Çünki səni həyatında başa düşən heç kim yoxdur. Ailən, dostların iç dünyandakı səni tanımır. Ancaq bir yaxşı söz kifayət idi; "Yanındayam" ... amma sən istəmədikcə heç kim gələ bilməz yanına unutma ... düşüncələr quyu kimi qaranlıq və dərindir və biz müntəzəm olaraq ölməyi düşünürük, amma cəsarət edə bilmirik. Beynimizdəki səs deyir ki, bir ümid sabahı gözlə. Daha neçə sabah gözlədiyimizi bilmirəm, böyüdükcə azalır təbəssümümüz, xatırla bir parkda oynadığın zamanı, ilk dərs gününü, ilk eşqini, ilk dava dalışını, oyuncaqlarını, yazsam uzanıb gedəcək bir siyahı ... "uşaqlıq" siyahısı bu aparıb soyuducuya ya da divara asılması lazım olan bir həyat resepti ... həyat bədbəxt olmamız üçün hazırlanmış bir arxitekturaya sahib. Bəlkə daxilini dizayn edə bilərik, məsələn baş ucuna sevgi qoy, yollara asfalt deyil də yamyaşıl yarpaqlar, rəngli çiçəklər qoy, bu torpağa da bir az xoşbəxtlik ək qəhqəhələr toplayarıq ... sizinlə qarşılıqlı çox şey bölüşmək istəyərdim, amma məni tapmağınız, dərin quyularıma enməyiniz lazımdı...







