Arıqladıqdan sonra çəkini qorumağın yolları

Arıqladıqdan sonra çəkini qorumağın yolları
Edilən pəhrizlərin ardından təkrar artan çəkilər hamını narahat edir. Sizlər üçün atdığınız çəkiləri geri qazanmamağın yollarını araşdırdıq:

Kaloriləri hesablayın

Qəbul etdiyiniz və atdığınız kaloriləri hər zaman hesablayın. Bu formada qəbul etdiyiniz qidaları davamlı olaraq yoxlamış olacaqsınız. Bunu etmək üçün kaloriləri ifadə edən rəqəmləri yaddaşınızda saxlamağa ehtiyac yoxdur. Ümumi olaraq kalorili olduğunu və ya sizə çəki qazandaracağını düşündüyünüz qidalarla qidalanmamağa çalışın.


Çox su için

Pəhriz edərkən və pəhrizdən sonra etməli olduğunuz ən əhəmiyyətli şeylərdən biri çox su içməkdir. Su içmək atdığınız çəkilərini qorumağınıza kömək edəcəkdir.

Düzgün qidalanma həyatınızın bir hissəsi olsun

Pəhriz bitdikdən sonra əvvəl yediyiniz qidalara geri dönməyin. Bunun əvəzinə özünüz üçün artıq çəki almağınıza səbəb olacaq qida və içkilərdən uzaq, hər zaman edə biləcəyiniz qidalanma proqramı yaradın.

Hərəkətdə olmağa diqqət edin

Bunun üçün idman salonlarına getməyə ehtiyac yoxdur. Lift yerinə pilləkan istifadə edin və ya gedəcəyiniz yerə bir dayanacaq əvvəl avtobusdan enməyiniz kifayət edəcəkdir. Bu kiçik məşqlər əhəmiyyətsiz kimi görünsə də çəkinizi qorumağa sizə kömək edəcəkdir.


Redaktə etdi:Böcek:(
[/hide]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
257 301 286 261 225 248

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.