Ehmedzade

Ehmedzade Hekayələr 26-11-2018, 21:35

Hamısı bu...

Hamısı bu...
-Bəzən əksik olar nələrsə. Baxarsan ki, dünya eyni döndüyü kimi dönür, hər şeyin var amma nələrsə, nələrsə çatmır. Bu hiss niyə belə ağır Tanrım? Bəzən hər şey toxunur. Bəzi şeylər toxunmaq üçün yaradılmış bəzi hisslər, bəzi sözlər. Bəzən axtarıram gəzdiyimiz küçələr də bir az məni bir az səni. İndi sən xoşbəxtsən yazmaq istədim. Amma bir parça ümidlə özümə təsəlli edirəm. Bilirəm, sən də sevirsən məni. Bilirəm sən də darıxırsan. Bilirəm mən də unutmuşam, mən darıxmıram mən nifrət edirəm məsələn sənə. Hətta yox mən artıq sənə heç nəyəm. İçim də sənə qarşı olan bütün hissləri yox edən biriyəm. Bilirəm, bilirəm bəs unutmayacaqdım? Bilirəm, bəs yerivi kimsə doldurmayacaqdı? Mən hər şeyi bilirəm niyəsə. Amma unudulmamaq üçün bir az, çox az mərhəmət hissi olmalıdı insanda. Yoxsan, yoxam, yoxuq. Təəsüflə demək istəyirəm ki, bizdən bir daha olmayacaq. Bilirəm başqalarında axtarırsan məni tapmırsan sıxılırsan. Bu gün dostumu itirdim. Yox, yox sən bilmirsən hər ayrılıq ölüm olur itim olur. Sən bilmirsən dost itirən adamlarda yetim olur. Bu hiss çox ağır, unudulmaz. Birdə, birdə yoxluğu sıxır məni bir az hətta çox. Arada gedib məzar daşını öpürəm, keçmir. Sağaltmır bəzən musiqilər yaralar çox dərin. Bu dəqiqə bu an kölgəm belə məni güdmür hiss edirəm. Qəlbim də ağır acı var dözə bilmirəm. O danışır dərdini danışır mən gülürəm. O zarafat edirmiş kimi gəlir mənə hiss etmir bunu. Xırda şeyləri dərdim bilərkən və mən onu dinləyərkən ürəyim də sogqırım gedir bilmir. Mən gülümsəyirəm, danışıram, yol göstərirəm. Yollarım bağlıdı deyir. Hələ heç nə son deyil deyirəm sondu deyir. İnsanlar necədə qanmaz Tanrım. Hələ acı nədir bilmədən ölümə addım atırlar. İndi anlayıram.. Anlayıram ki, mən istədim deyə məni incitdilər. Uçuruma addım atarkən 'ölərsən' dedilər 'qanadlarım var' dedim. Mən sadəcə insanların çox zaman görmədiyi amma işlərinə yarayarkən dərdimi belə dinləmədən 'səni çox yaxşı başa düşürəm' dedikləri biriyəm. Hamısı bu...


Hamısı bu...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
814 801 802 770 746 824

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.