Moskvada Şaxta babaların yürüşü olacaq
Moskvada Yeni il ərəfəsində Şaxta babalar xeyriyyə məqsədli qaçışda iştirak edəcək.
Loading.Az Trend-ə istinadən xəbər verir ki, ənənəvi tədbir bu il dekabrın 23-də keçiriləcək.
Moskva şəhər meriyası bildirib ki, qaçışda iştirak etmək üçün 2 minə yaxın şəxs müraciət edib.
Dekabrın 22-də isə Sank-Peterburqda Şaxta babaların qaçışı keçiriləcək.






