Azərbaycanlı aparıcılar valideyn oldu - FOTO
Teleaparıcı Şaiq Ağayev bu dəqiqələrdə qız atası olub.
Aparıcı xəbəri təsdiqləyib, uşağın və həyat yoldaşının səhhətinin yaxşı olduğunu bildirib.
Qeyd edək ki, Şaiq Ağayev telekanalın digər aparıcısı Nuranə adlı xanımla ailə həyatı qurub. Onlar "Buralar" adlı verilişi birlikdə aparıb.
Şaiq Ağayev sonuncu dəfə ARB kanalında "Evgördü", "Məşhurla bir gün" verilişlərinə aparıcılıq edib. O, hal-hazırda yeni layihə üzərində işləyir.






