Azərbaycanlı müğənninin SƏHNƏDƏ AĞZI CIRILDI - Nadir HADİSƏ/FOTO

Azərbaycanlı müğənninin SƏHNƏDƏ AĞZI CIRILDI - Nadir HADİSƏ/FOTO
Dünən Rusiyanın Yekaterinburq şəhərindəki teatrda “Karmen” tamaşasının gedişində opera müğənnisi İlham Vəliyevin ağzı cırılıb.

Loading.Az virtualaz.org-a istinadən xəbər verir ki, opera müğənnisinin özü bu barədə sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, hadisə onun qəhrəmanı - əsgər Xosenin toreadorla döyüşdüyü səhnədə baş verib. Artist qeyd edir ki, bu cür dava səhnələrinə onlar peşəkar kaskadyorun rəhbərliyi altında hazırlaşırlar və bu cür hala ilk dəfədir ki, rast gəlinir.

Ciddi zədəyə baxmayaraq, İlham Vəliyev tamaşanı sona qədər oynayıb və xəstəxanaya çatdırılıb. Onun ağzına tikiş qoyulub.

Qeyd edək ki, opera müğənnisi İlham Vəliyev Başqırdıstanın paytaxtı Ufa şəhərində anadan olub.


Dərc etdi Esmeralda

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
313 321 266 322 273 275

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.