Bu meyvəni yeyən hamilə qalır

Bu meyvəni yeyən hamilə qalır
Düzgün qidalanma sağlamlığı, sağlamlıq isə hamilə qalma şansını artıra bilir. Bunun üçün hamilə olmaq üçün müalicə alan qadınlar düzgün qidalardan istifadə etməlidirlər.


Loading.Az xarici KİV-ə istinadən xəbər verir ki, Harvard universitetinin tibb fakultəsi apardığı araşdırma nəticəsində maraqlı nəticə əldə ediblər. 147 qadın arasında aparılan təcrübədən aydın olub ki, hamilə qalmaq üçün müalicə edən qadınlar çoxlu avokado ilə zeytun yağı yeyərlərsə, onlarda uşaq sahibi olmaq şansı 3 dəfə çox olar.

Bu meyvəni yeyən hamilə qalır


Bundan başqa, aparılan araşdırmalar nəticəsində folik turşularının hamiləlik üçün ən önəmli vitaminlərdən biri olduğu bildirilir. Folik turşuları isə bir çox qidaların tərkibində yer alır:

Portağal - Portağalın tərkibində də folik turşuları çox zəngindir. Portağalın suyunu da içə bilərsiniz. Bir stəkan portağal suyu bir günlük folik ehtiyacının 20 faizini ödəyir.



Pomidor suyu - Pomidor suyunda da folik turşusu çoxdur. Səhərlər günə pomidor suyu içərək də başlaya bilərsiniz. Pomidor suyu yerinə, təzə pomidorlardan hazırlanmış pomidor şorbası ilə də folik turşusu ehtiyacınızı ödəyə bilərsiniz.

Brokoli - Möcüzə tərəvəz olan brokoli folik turşuları ilə də olduqca zəngin qidadır. 1 boşqab brokoli yediyiniz zaman gündəlik folik turşu ehtiyacınızı ödəyə bilərsiniz.

Yumurta - Yumurta da hamilə qalmaq istəyən qadınlara olduqca faydalıdır. Çünki o da folik turşusu ilə zəngin qidalardan hesab olunur.


Derc etdi - Esmeralda

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
313 319 266 314 329 293

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.