Nani_Fit

Nani_Fit Xəbərlər 1-12-2018, 09:49

“Yandex” Azərbaycandan üzr istədi

“Yandex” Azərbaycandan üzr istədi
“Yandex” şirkətinə məxsus “Alisa” səsli mobil köməkçi tətbiqində “azərbaycanlılar kimlərdir?” sualına verilən cavabda dezinformasiyanın olması faktı ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Məlumata görə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Zamirə Ədilova məlumat paylaşıb.​

Nazirliyin Elektron Təhlükəsizlik Xidməti məsələni dərhal araşdıraraq, müvafiq ölçü götürülməsi üçün “Yandex” şirkətinin rəhbərliyinə etiraz məktubu ünvanlayıb

Məktubda ölkəmiz və xalqımızla bağlı ətraflı məlumatlar da təqdim edilib.

Qeyd olunan faktla bağlı “Yandex” şirkətinin rəhbərliyi nazirliyə üzrxahlıq məktubu ünvanlayıb və səhvin qısa müddət ərzində düzəldiləcəyi qeyd edilib. Artıq xeyli müddətdir ki, problem aradan qaldırılıb.


Derc etdi Esmeralda

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
367 411 364 354 339 336

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.