Mələy0001

Mələy0001 Sağlamlıq 1-12-2018, 04:50

Yaşıl çayın yeni gözlənilməz faydası

Yaşıl çayın yeni gözlənilməz faydası



Pekin Universiteti (Çin) alimləri aşkar ediblər ki, bütün digər faydalı xüsusiyyətlərlə yanaşı yaşıl çay həmçinin sümüklərin sağlamlığını da qoruyur.

İnsan yaşlaşdıqca onun sümükləri daha kövrək olur, sümük toxuması zəifləyir, azalır. Bu isə sümük qırılmasının təhlükəsini artırır.

Loading.Az saglamolun.az-a istinadən bildirir ki, çay bu problemi həll etməyə kömək edir. Araşdırma göstərib ki, 30 il və bundan çox müddət ərzində müntəzəm olaraq yaşıl çay içən insanlarda sümüklərin qırılması riksi 30%-ə qədər azalır.



Nəzərə almaq lazımdır ki, bundan əvvəl aparılmış araşdırmalar göstərib ki, yaşıl çayın faydalı xüsusiyyətlərinə baxmayaraq onu həddindən artıq çox miqdarda içmək olmaz. Bu qaraciyər üçün ziyanlıdır və hətta qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Mütəxəssilər gün ərzində 2-3 fincan yaşıl çay içməyi tövsiyə edirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
517 568 485 468 436 416

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.