DeepDark

DeepDark Şeirlər 3-12-2018, 11:19

Ruhun Sevgisi

Ruhun Sevgisi
Dəyərli sevgini satma dünyaya
O sevgi ruhunun son əlacıdır
Bədənə hopsa da, qırışın izi
Bu yaşam, kainat göz aynasıdır.

Həyat boş olsa da, yeri doldurar.
Bir tikan nifrəti, soldurmaz çiçək.
Hər gecə qovuşar, sabaha əlbət.
Küləyin telinə qonar hər ləçək.

Başqadır duyğular, başqa düşüncə.
Atılan daşların sayı da itmiş.
Bu nə təkəbbürü, bu nə xislətdir.
Hər ürək bir daşın köləsi imiş.



Müəllif - Ali Ahlas (Mən)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
551 510 488 484 485 522

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.