Ceki Çan həyatının acı həqiqətlərini açıqladı

Ceki Çan həyatının acı həqiqətlərini açıqladı
Çinli aktyor Ceki Çan bioqrafiyasının qalmaqallı faktlarını açıqlayıb.

Xəbərə görə, bu barədə aktyorun “Never Grow Up” memuarlarından məlum olub.

“Mən yaxşı ata və həyat yoldaşı olmamışam, lakin oğlum və onun anası qarşısında borcumu yerinə yetirmişəm”, - 64 yaşlı aktyor etiraf edir.

Ceki Çan həmçinin yazır ki, ilk həyat yoldaşı Joan Linə daima fahişələrlə və keçmiş “Miss Asiya” Eleyn Nqlə xəyanət edib.

Onun sözlərinə görə, həyat yoldaşı ilə mübahisələrdən biri zamanı, o, balaca oğlu Ceysini götürüb otaqdan tullayıb.

Daha sonra aktyor qadınlara qarşı pis rəftardan yazır. Çan qeyd edir ki, uzun müddət həyat yoldaşından pullarını gizlədib, çünki fikirləşirdi ki, arvadı onunla ancaq böyük qonorarlara görə yaşayır.

Ceki Çan həmçinin mətbuat konfransında Nqlə münasibətlərini ən böyük səhv adlandırmasını səhv hesab edir, belə ki, aktrisa ondan hamilə idi.

“İlk görüşdüyüm qızla çox vaxt keçirməyi sevmirdim, və o, məni mənzildə gözləyəndə, evdə qalırdım”, - aktyor yazır.

Ceki Çan iddia edir ki, spirtli içki aludəçisi olub və sükan arxasına içkili vəziyyətdə əyləşib.

“Hətta bir gecədə iki bahalı avtomobili əzmişəm”, - deyə o bildirib.

Aktyor həmçinin bahalı hədiyyələrə çoxlu pul xərclməsindən danışıb. Ceki Çan yazır ki, bütün bu hərəkətlər özünə inamsızlıqdan irəli gəlirdi.

Xatırladaq ki, Ceki Çanın qızı 19 yaşlı Etta U Çjolin 31 yaşlı kanadalı həmcinsi model Endi Etomla ailə qurub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
257 257 218 248 256 259

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.