Xatirə İslam Murad Dadaşovun təşkilatçılığını RÜSVAY ETDİ

Xatirə İslam Murad Dadaşovun təşkilatçılığını RÜSVAY ETDİ
Xəbər verdiyimiz kimi, dünən "Altın kelebek” mükafatı uğrunda seçim konserti baş tutub. Müğənni Xatirə İslamla konsertin təşkilatçısı “M Group Production” arasında qalmaqal baş verib.

Loading.az xəbər verir ki, konsertin təşkilatçılığından narazı qalan artist İnstagramdan canlı yayım açaraq Murad Dadaşovu kəskin tənqid edib. Buna səbəb dünən “M Group Production”un təşkilatçılığı ilə keçirilən “Altın Kelebek” ödüllərinin seçim konsertindəki çıxışının yarımçıq kəsilərək yerinə efirdə reklam verilməsi olub:

“Lazım idimsə, niyə ifamı kəsib yerinə reklamlar verdiniz? Yox, əgər lazım deyildimsə, niyə mənə bu qədər zəng edib ora dəvət edirdiniz? Lazım deyildimsə, sadəcə 6 müğənni dəvət edərdiniz. Məni niyə çağırmışdınız?

Günorta saatlarından gözəllik salonunda olmuşam. Niyə körpəmə, həyat yoldaşıma ayırdığım vaxtı sizə sərf etməliyəm? Bunun müqabilində mənə qarşı belə etməlisiniz ki? Bu nə hörmətsizlikdir?! Bu kimin günahıdır? Bilmirəm, bu efirin, ya təşkilatçıların günahıdır...”

Konsertə Murad Dadaşovun dəvəti ilə qatılan müğənni heç bir qonorar almadığını da dilə gətirib: “Bu gün o tədbirdə 40 dərəcə temperaturla iştirak etmişəm. Murada söz verdiyimə görə heç nəyi bildirmədən ora qatılmaq istədim. Ümumiyyətlə, deyim ki, mən o cür tədbirlərdə oxumağa getmirəm. Gedəndə də çox yüksək qonorar alıram. Əgər minlərlə bilet sataraq insanlar toplamısınızsa, onların qarşısında təmənnasız oxuyuramsa, siz mənim ifamı kəsməməlisiniz. Müğənniyə hörmət etməlisiniz. Çünki o müğənni ora qonorarsız gəlmişdi”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
365 415 348 400 381 380

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.