DeepDark

DeepDark Şeirlər 4-12-2018, 15:11

" Mən " (Ali Ahlas)

" Mən " (Ali Ahlas)
Sahilinə ayaq qoyub, irəliləyən
Pak suyundan ovuc alan əllərəm mən.
Dalğaların sükunətlə, ahəng səsi
Qulağına xoş gələn, bir insanam mən.

Gəmilərin yaşamağa tək səbəbi
Üzərinə işıq salan mayakam mən.
Uzaqlara əl edərək dolan gözün
Yanağından axan acı həsrətəm mən.

Üzərində pərvaz edən tək qağayı
Sahilinə aşiq olan qanadam mən.
Duzlu suyun ağuşunda həyat tapan
Usanmadan üzüb keçən balığam mən.


Müəllif - Ali Ahlas (Mən)


Dərc etdi Esmeralda

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
712 627 646 644 555 548

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.