Esmeralda

Esmeralda Xəbərlər / İdman 4-12-2018, 11:18

"Qızıl top"un yeni sahibi məlum oldu - FOTOLAR

"Qızıl top"un yeni sahibi məlum oldu - FOTOLAR
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının təqdimetmə mərasimi keçirilib.

Loading.az xəbər verir ki, tədbirdə əvvəlcə ən yaxşı ən gənc futbolçu üçün mükafat sahibini tapıb. Yaşı 21-dək olan futbolçular üçün nəzərdə tutulan mükafatın ilk sahibi Fransa millisinin və PSJ klubunun futbolçusu Kilian Mbappe olub.

O, Trent Aleksandr-Arnold (“Liverpul”), Patrik Kutron (“Milan”) və Canluici Donnarumma (“Milan”) ilə mübarizədən qalib ayrılıb. 19 yaşlı Mbappe bu il Fransa komandası ilə dünya çempionu olub.

Daha sonra ilk dəfə ən yaxşı qadın futbolçunun adı açıqlanıb. Bu, Norveç millisinin və Fransa "Lion"unun hücumçusu Ada Hegerberqdir.

Nəhayət, sonda tədbirin aparıcısı, Fransa yığmasının sabiq futbolçusu David Jinola dünyanın 180 ölkəsindən olan jurnalistlərin seçdiyi "Qızıl top"un sahibinin adını açıqlayıb. Bu, Xorvatiya millisinin və İspaniyanın "Real Madrid" klubunun yarımmüdafiəçisi Luka Modriçdir. Modriç 2018-ci ildə dünya çempionatının gümüş mükafatçısı və Çempionlar Liqasının qalibi olub. O, daha əvvəl FIFA tərəfindən "The Best" və UEFA tərəfindən mövsümün futbolçusu mükafatlarına layiq görülüb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
576 547 490 593 492 572

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.