_O.R.X.A.N_

_O.R.X.A.N_ Xəbərlər 6-12-2018, 12:16

NASA alimindən SENSASİON AÇIQLAMA: "Yadplanetlilər gəlib, ancaq biz..."

NASA alimindən SENSASİON AÇIQLAMA: "Yadplanetlilər gəlib, ancaq biz..."
ABŞ-ın Milli Asronavtika və Kosmos İdarəsinin (NASA) SETİ (Yer kürəsindən kənar ağıllı həyat araşdırmaları) qurumunda işləyən Silvano Kolombano Uçan Naməlum Obyektlər (UNO) və yadplanetlilər haqqında ilginc açıqlama verib.

Loading.Az xəbər verir ki, NASA mütəxəssisi yadplanetlillərin artıq Yer kürəsinə səfər etmiş ola biləcəyini deyib.

Onun sözlərinə görə, yadplanetlilər olduqca kiçik ölçülərə sahib ola bildikləri üçün insanlar onları görməyiblər.

"Super zəkalı yadplanetlilər insanların xəyal belə edə bilməyəcəyi ulduzlararası səyahəti təmin edən bir texnologiyaya sahib ola bilərlər", - deyə NASA mütəxəssisi bildirib.

Qeyd edək ki, həmin alim ötən il verdiyi açıqlamada qeyd etmişdi ki, insanlar yadplanetlilərin görünüşü, yaşayış tərzi və sahib ola biləcəkləri potensial haqqındakı fərziyyələrini yenidən nəzərdən keçirməlidirlər. Çünki yadplanetlilər super-kiçik quruluşda və super-böyük potensialda ola bilərlər. (Loading.az)


Dərc etdi:meley0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
479 495 432 410 463 458

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.