Aloe şirəsi ilə məşhur resept - Əsl şəfa mənbəyi

Aloe şirəsi ilə məşhur resept - Əsl şəfa mənbəyi
Aloe vera bitkisi (əzvay) ən faydalı və təsirli müalicəvi bitkilərdən biridir.

İnsanlar bu bitkinin faydaları haqqında hələ bizim eramızdan əvvəl bilirdi və ondan müxtəlif müalicəvi məqsədlərlə istifadə edirdi. Qədim Şərq təbabəti kitablarının birində "ölümsüzlük dərmanı"nın resepti tapılıb. Bu reseptə aloenin şirəsi də daxil idi.

Aloe vera xalq təbabətində çox geniş istifadə olunur. Lakin tək xalq təbabəti deyil, müasir ənənəvi tibb də aloe bitkisinin müalicəvi xüsusiyyətlərini təsdiq edir. Aloe əsasında müxtəlif dərman preparatları buraxılır.

Aloe unikal bitkidir, onun tərkibində 250-dən artıq (!) bioloji aktiv maddə var. Bu maddələr arasında fitonsidlər, flavonoidlər, büzücü maddələr, vitaminlər (A, B1, B2, B6, B9, C, E) minerallar (selen, dəmir, kalium, maqnezium, fosfor, sink, mis və s.), aminturşuları, orqanik turşular və s. var.

Aloe bitkisinin faydaları arasında:

- sinir, həzm, ürək-damar sistemlərinə çox müsbət təsir edir, xəstəliklərin inkişafından qoruyur

- immuniteti möhkəmləndirir

- orqanizmi şlak və toksinlərdən təmizləyir

- qəbizliyi müalicə etməyə kömək edir

- orqanizmdə iltihabları azaldır

- virus və mikrob əleyhinə təsirə malikdir

- xolesterinin səviyyəsini aşağı salır, damarları təmizləyir

- dərinin vəziyyətinə çox müsbət təsir edir

- orqanizmdə gedən bərpa proseslərini stimullaşdırır.

Bildirilir ki, aloe bitkisinin şirəsi ilə çox məşhur resept təqdim edir. Bu qarışığın güclü profilaktik və müalicəvi xüsusiyyətləri vardır.

Resept

Aloe bitkisinin qalın yarpaqlarını kəsin, şirəsini sıxın (əllə və ya şirəçəkənlə).

8 x.q. aloe şirəsi, 3 iri limon, 1 stəkan təbii bal, 2 stəkan qoz ləpəsini götürün. Limonları (qabıqlı) və qozu blenderdən keçirin, bal və aloe şirəsini əlavə edin, yaxşı qarışdırın. Qarışığı 1 desert qaşığı olmaqla gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul edin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
556 550 528 506 592 523

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.