_O.R.X.A.N_

_O.R.X.A.N_ Xəbərlər 6-12-2018, 12:04

“Fitch”: 2020-ci ildə neftin qiyməti 62,5 dollar olacaq

“Fitch”: 2020-ci ildə neftin qiyməti 62,5 dollar olacaq
"Fitch" beynəlxalq reytinq agentliyi iqtisadiyyata dair icmalını dərc edib.

Loading.Az Report-a istinadən xəbər verir ki, sənədə görə, 2019-cu ildə neftin bir barelinin qiyməti orta hesabla 62 ABŞ dolları olacaq, 2020-ci ilə dair proqnoz isə57,5 dollardan 62,5 dollaradək qaldırılıb.

Bununla yanaşı, 2018-ci ilə dair proqnoz da 72 dollardan 72,5 dollara çatdırılıb. Müəlliflərə görə, bu dəyişikliyin səbəbi OPEC+ formatının neft qiymətlərini sabitləşdirəcəyinə inamın artmasıdır.

"OPEC+ formatında hasilatın bir qədər azaldılmasına dair razılaşmaların mümkünlüyü ilə bağlı neft qiymətlərinin indiki səviyyədən əvvəlki rəqəmlərə qayıdacağını gözləyirik", - icmalda qeyd olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
440 422 423 395 439 380

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.