Esmeralda

Esmeralda Sağlamlıq 8-12-2018, 09:26

Nə üçün düyü yeməliyik? - DAHA BİR TƏSİRİ

Nə üçün düyü yeməliyik? - DAHA BİR TƏSİRİ
Aparılan araşdırmalar göstərib ki, gündə yarım stəkan bişmiş yağsız düyü yemək orqanizm üçün çox faydalıdır.

Loading.az xəbər verir ki, düyü bədənin gündəlik fol turşusu və B vitamini ehtiyacının 23 faizini qarşılayır. Bu sayədə hüceyrələrin yenilənməsinə yardım edir. Ehtiva etdiyi 15 növdən çox vitamin, mineral və faydalı antioksidantlar sayəsində düyü bədəni enerji ilə təmin edən əsl qida anbarıdır. Xüsusən son illərdə fol turşusu, kalium, maqnezium, selen, lif, dəmir və sink tərkibinə görə düyü pəhriz reseptlərinə daxil edilməyə başlanıb.

Aparılan bir araşdırma nəticəsində fol turşusunun, həmçinin ürək-damar sağlamlığı və anadangəlmə ürək narahatlıqlarının müalicəsi üçün effektli olduğu üzə çıxıb. Düyü bədənin sağlam şəkildə qocalmasını dəstəkləyir.

Bundan başqa, bədənin yavaş-yavaş həzm etdiyi kompleks karbonhidrat serotonin hormonlarının ifraz olunmasını təmin edir və bədəni gümrah saxlayır, eləcə də iştahanı nəzarət altında saxlayır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
556 534 509 488 514 553

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.