Esmeralda

Esmeralda Xəbərlər 8-12-2018, 15:50

"Altın Kelebek"ə Aygün gedəcək

"Altın Kelebek"ə Aygün gedəcək
Sabah Türkiyədə nüfuzlu “Altın Kelebek” mükafat mərasimi baş tutacaq. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, gecədə xalq artisti Aygün Kazımova da iştirak edəcək.

O, Azərbaycanda keçirilən səsvermə nəticələrinə uyğun olaraq birinci kimi tədbirdə iştirak etmək hüququ əldə edib. Pop ulduza bazar günü axşamı “Azərbaycanda ilin qadın müğənnisi” nominasiyası üzrə qalib mükafatı təqdim ediləcək.

Qeyd edək ki, sözügedən nominasiya üzrə namizədlər arasında Günay İbrahimli, Aysel Əlizadə, Dilarə Kazımova, Səmra Rəhimli, Xatirə İslam və Roza Zərgərli olub.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
588 548 651 519 548 614

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.