Esmeralda

Esmeralda Xəbərlər 8-12-2018, 17:35

Bakıda məktəblilərin qəzaya uğradığı avtobusun sürücüsü HƏBS EDİLDİ

Bakıda məktəblilərin qəzaya uğradığı avtobusun sürücüsü HƏBS EDİLDİ
Bakıda məktəblilərin qəzaya uğradığı avtobusun sürücüsü həbs edilib.

Loading.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytetantı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, 07.12.2018-ci il tarixdə səhər saat 08:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsinin ərazisində, qəsəbə sakini 1990-cı il təvəllüdlü Mübariz Kərimov idarə etdiyi "Mercedes 208" markalı 10-KL-578 dövlət qeydiyyat nişanlı, 8-i məktəbli olmaqla, ümumilikdə içərisində 10 nəfər sərnişinin olduğu mikroavtobusu hasara vurub.

Nəticədə, M.Kərimov və mikroavtobusda olan sərnişinlər - Hökməli və Sulutəpə qəsəbələrinin sakinləri 29 yaşlı Lumu Məmmədli, eləcə də 7, 10 və 14 yaşlı uşaqlar xəsarət alıblar. L.Məmmədlinin və bir azyaşlının vəziyyətləri orta ağır olduğundan onlar xəstəxanaya yerləşdirilib, digərləri isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Hadisə nəticəsində vətəndaşa məxsus həyətyanı sahənin hasarının bir hissəsi uçulub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
351 446 421 389 427 332

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.