Esmeralda

Esmeralda Məsləhətlər 10-12-2018, 09:29

Yumurtanı soyuducunun qapısında saxlayanlar, diqqətli olun! - Fotolar

Yumurtanı soyuducunun qapısında saxlayanlar, diqqətli olun! - Fotolar
Yediyimiz və geyindiklərimizi bir saniye belə düşünmədən gətirən kimi şkaflara, soyuducuya qoyuruq.

Loading.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər səhv yerlərə qoyduğumuz əşyaların daha tez xarab olduğunu söyləyirlər.

Fındıq - adətən şkafda saxlanılır. Lakin onların tez xarab olmaması və dadlı qalması üçün soyuducuda saxlanılması məsləhətdir.



Un - istifadə etdikdən sonra öz paketində saxlamayın, hava keçirməz qaba qoyun. Çünki paketdə saxladıqda bakteriyaların əmələ gəlməsinə səbəb olur.



Avokado - tez xarab olmaması üçün onu da soyuducuda saxlayın.



Yumurta - demək olar ki, hamı yumurtanı soyuducunun qapısında saxlayır. Amma mütəxəssislər bu yerin yumurtalar üçün düzgün seçilmədiyini söyləyirlər. Belə ki, soyuducunun qapısı tez-tez açılıb bağlandığı üçün temperatur da dəyişir. Bununla da yumurtanın keyfiyyəti aşağı düşür. Odur ki, yumurtanı eyni temperatur olan yerdə saxlamaq lazımdır.



Geyimlər - hamımız paltarlarımızı qarderobda saxlayırıq. Amma fəsillərə görə geyimlərin yerini də dəyişməliyik. Çünki paltarlarımızın da hava alması lazımdır.

[/center]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
483 577 524 453 566 564

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.