amon

amon İdman 10-12-2018, 14:05

Ronaldo: "Bəlkə də Messi mənim üçün darıxır"

Ronaldo: "Bəlkə də Messi mənim üçün darıxır"
İtaliyanın "Yuventus" klubunun portuqaliyalı futbolçusu Kristian Ronaldo Lionel Messi ilə aralarında olan rəqabətdən danışıb.
Loading.az "Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı superulduz Messi barədə bunları deyib: "Lionel Messi ilə rəqabət üçün darıxıram. Mən İngiltərədə, İspaniyada, Italiyada və Portuqaliyada oynamışam. Hər dəfə öz komandalarımla çempion olmuşam. Amma hələ ki, o, İspaniyadadır və onun mənə ehtiyacı var. Bəlkə də o, mənimlə rəqabət üçün darıxır. Həyat çağırışdır və mənim insanları sevindirməyi xoşlayıram. Messinin də mənim kimi çağırışı qəbul edib, bir gün İtaliyaya gəlməsəni istəyərəm. Amma əgər Messi olduğu yerdən razıdırsa, mən ona hörmət edirəm. O, fantastik futbolçu və yaxşı insandır".

Qeyd edək ki, Kristian Ronaldo bu ilin iyul ayında "Real Madrid"dən 100 milyon avro qarşılığında "Yuventus"a transfer olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
588 671 583 534 567 509

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.