Esmeralda

Esmeralda Xəbərlər 11-12-2018, 10:43

Masallıda evdə baş verən partlayışın SƏBƏBİ BİLİNDİ - CİNAYƏT İŞİ BAŞLANDI

Masallıda evdə baş verən partlayışın SƏBƏBİ BİLİNDİ - CİNAYƏT İŞİ BAŞLANDI
Masallı rayonunda evdə azyaşlının ölümü ilə nəticələnən partlayışla bağlı cinayət işi başlanıb.

Loading.az xəbər verir ki, Masallı rayon Prokurorluğundan Unikal.org-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlaıq) maddəsilə cinayət işi başlanıb.

Araşdırmalarla müəyyən edilib ki, Masallı rayonunun Sığıncaq kənd sakini Kərimova Günel Şakir qızının evində qaz sızmasından baş vermiş partlayış nəticəsində evin birinci mərtəbəsində olan 2005-ci il təvəllüdlü Müseyibov Əli Əbülfəz oğlu, 2006-cı il təvəllüdlü Kərimov Sənan Rauf oğlu və 2010-cu il təvəllüdlü Müseyibov Məhəmməd Əbülfəz oğlu ağır yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib, Ə.Müseyibov xəstəxanada dünyasını dəyişib.

Əməliyyat-istintaq qrupunun üzvləri hadisə yerinə baxış keçirərkən həmin evin həyət qapısından keçən qaz borusundan qaz sızması müşahidə edilib.

Başlanmış cinayət işi Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
392 474 451 372 428 369

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.