Esmeralda

Esmeralda Xəbərlər 11-12-2018, 10:51

Bakının mərkəzində dəhşət: ər arvadını 5-ci mərtəbədən atdı

Bakının mərkəzində dəhşət: ər arvadını 5-ci mərtəbədən atdı
Bakıda kişi həyat yoldaşını öldürüb.

Loading.az-ın trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib.

Həmin mənzildə yaşayan Taxveli Adelya Azər qızının binanın 5-ci mərtəbəsinin eyvanından yıxılaraq ölməsi barədə məlumat daxil olub.

Araşdırmalar zamanı qadının həyat yoldaşı Taxveli Ramiz Pərviz oğlunun avtomaşınına baxış keçirilərkən kibrit qutusunda çəkisi 5.647 qram olan qurudulmuş marixuana aşkar edilib.

Məlum olub ki, R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb və həyat yoldaşı Adelya Taxvelini yaşadığı binanın 5-ci mərtəbəsindən atıb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və R.Taxveli saxlanılaraq istintaqa təhvil verilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
449 362 355 330 317 370

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.