Esmeralda

Esmeralda Sağlamlıq 11-12-2018, 14:07

Qabırğa altındakı kəskin ağrılar - Bir çox təhlükədən xəbər verir

Qabırğa altındakı kəskin ağrılar - Bir çox təhlükədən xəbər verir
Bədənin sağ tərəfində qabırğanın alt nahiyyəsində hiss edilən istənilən formada ağrı bir çox təhlükədən xəbər verə bilər.

Loading.az medicina.az-a istinadən bildirir ki, həmin nahiyədə bir sıra həyatı əhəmiyyətli orqanlar yerləşdiyindən orda müşahidə edilən ağrılara etinasız yanaşmaq düzgün olmaz. Bir çoxları onu ürək ağrısı hesab edərək ehtiyatlanır. Amma nəzərə alın ki, ürək problemi bu ağrıların səbəblərindən yalnız biridir. Döş qəfəsinin sağ tərəfində, aşağı hissədəki ağrıların bir çox səbəbləri ola bilər. Bunlara öd daşı, böyrək daşı, bağırsaq iltihabı həmçinin də həzm sistemində qaz əmələ gəlməsi aiddir. Daha yuxarı hissələrdə olan ağrı isə ağciyər iltihabı, qabırğa və yaxud da əzələ zədələnməsi ola bilər. Sağ tərəf qabırğa altında olan ağrılar küt, iti, həmçinin də sıxılma formasında olur. Bu ağrıların səbəblərini müəyyən etmək üçün mütləq həkimə müraciət etmək lazımdır.

Sağ tərəfdə qaraciyər, öd kisəsi və sağ böyrək yerləşir. Bu orqanların istənilən infeksiyası və iltihabı qarnın yuxarı hissəsində və onurğada ağrılarla müşayət olunur. Ürək döş qəfəsinin mərkəzində sola doğru meylli yerləşdiyindən onun ağrısı daha çox sol tərədə hiss edilir.

Sağ tərəfdə hiss edilən ağrılar aşağıdakı xəstəliklərdən xəbər verir:

Öd daşı

Qaraciyər xəstəlikləri

Böyrək daşı

Pankreatit

Uşaqlıq boynunun iltihabı

Qarın köpməsi

Ağciyər xəstəlikləri

Plaevranın iltihabı

Pnevmaniya

Ağciyər xərçəngi

Həzm problemləri

Yoğun bağırsaq qıcıqlanması sindromu

Bağırsaq iltihabı

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
440 473 453 513 412 441

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.