"7-ci sinif şagirdi ilə evlənən müəllim təhsildən uzaqlaşdırılmalı, uşaqları əlindən alınmalıdır"
Xəbər verdiyimiz kimi, “Space” kanalında yayımlanan “El bizim, sirr bizim” verilişində maraqlı anlar yaşanıb. Belə ki, "Tәhsilli vә işlәyәn xanımların ev işlәrindә rolu" mövzusunun müzakirəsi zamanı özünü baş redaktor kimi təqdim edən Mirismayıl Xәlәfli 7-ci sinif şagirdini sevdiyini, daha sonra onunla ailə həyatı qurduğunu açıqlayıb. Jurnalistin bu açıqlaması sosial şəbəkədə etiraza səbəb olub. Bir çoxları həmin şəxsi pedofil adlandıraraq bu cür insanların efirə çıxmasına qadağa qoyulmalı olduğunu bildirib.
Bununla bağlı açıqlama verən “Sağlam Cəmiyyət” İB-nin sədri, jurnalist Lalə Mehranlı bildirib ki, bu addımı həmkar kimi o insana yaraşdırmayıb: “Anladığım qədər qız 7-ci sinifdə oxuyanda nişanlanıblar, 18 yaşı tamam olanda isə ailə qurublar. Belə olan halda isə azyaşlının təhsil hüququndan məhrum edib, nişanlanmağa məcbur etdiyinə görə o, cinayət məsuliyyəti daşımalı idi. Çünki bu, azyaşlının hüquqlarının məhdudlaşdırılması deməkdir. O, bunu öz dili ilə etiraf edib. Yəqin ki, o, bunu qızın valideynlərinin icazəsi ilə edib. Yoxsa valideynlər olan yerdə o kim idi ki, tək başına bunu etsin?! Yəqin ki valideynlər də qızının məktəbdən çıxarılıb nişanlanmasına razı olublar. Anlamadığım odur ki, bu neçə yaşında məktəbdə müəllim işləyib ki, o qızla tanış olub evləniblər. O iddia edir ki, aralarındakı yaş fərqi azdır. Qız 7-ci sinifdə oxuyanda bu insan necə müəllim işləyə bilib? Bunun aydınlaşdınlaşdılmasına ehtiyac var”.
"7-ci sinif şagirdi ilə evlənən müəllim təhsildən uzaqlaşdırılmalı, uşaqları əlindən alınmalıdır"
Lalə Mehranlı söyləyib ki, bu cür hallar qız anası kimi hər kəsi qorxudur: “Bununla bağlı status da yazdım. Bu gün biz qızlarımızı həyətə, məktəb kimi güvənilən bir yerə buraxmağa qorxuruq. Əgər qızlarımız məktəbdə belə təhlüksizlikdə olmurlarsa biz bu cəmiyyətdə necə uşağımızı böyüdək? 7-ci sinifdə ona göz qoyub evlənməyi düşünən müəllim, məncə, təhsil ocaqlarında dərs deməyə layiq deyil. İstəmərəm bu cür müəllimlər olsun. Eləcə də mənim kimi digər valideynlər də istəməz”.
Təhsil üzrə ekspert Rüfət Əliyev qeyd edib ki, bu kimi halların sayı çox deyil ki, şişirdilib, problem kimi üzə çıxarılsın: “Mənəviyyatı yetişməyən insanlar olur. Belə insanlar müəllimlər arasında da ola bilər. Sözsüz ki, bu mənəviyyat, ailə və müəllimlik etikasına yaraşmayan hərəkətdir. Bunu heç cür dəstəkləyib qəbul etmək olmaz. Bu cür insanlar müəllim adına yaraşmır”.

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Mehriban Zeynalova deyib ki, bu insan qınanmalı deyil, artıq qanunla cəzalandırılmalıdır: “ Çünki o, videoda bildirib ki, azyaşlı qızımı da oğlumu da erkən evləndirəcəm. Bu cür insanlar təhsildən uzaqlaşdırılmalıdır. Uşaqları ondan alınmalıdır. Kiminsə şəxsi həyatı çirkli olursa və bunu efirdə deməsi artıq cinayəti boynuna alması deməkdir. Bu onun təhsil sistemində qalmasına qəti yol vermir”.

Mehriban Zeynalova onu da qeyd edib ki, təklif edirəm ki, övladlarını erkən nikaha məcbur edən valideynlərə ilkin olaraq inzibati cəzalar verilsin: “Bəzi insanların cərimə ödəməsi elə ən böyük cəzadır. Əgər bu cəzada təsir edilməsə artıq cinayət məsuliyyətinə cəlb edilsinlər. Biz əvvəldən də deyirik ki, qızların erkən evləndirilməsində qarşı tərəf deyil, valideynlər günahkardır. Amma qanun qarşı tərəfi cəzalandırılmasını deyir. Amma biz təkcə qarşı tərəfin deyil, bu məsələdə bütün iştirak edənlər cəzalandırılmalıdır”.