Azeko

Azeko Bürclər 16-12-2018, 09:56

Bazar gününün ulduz falı - 16 dekabr

Bazar gününün ulduz falı - 16 dekabr
Qoç - Nəzərdə tutduğunuz işləri icra etməkdən çəkinməyin. Çalışın ki, təşəbbüskarlığı əldən verməyəsiniz. Qarşıdakı yarım ayda görəcəyiniz işləri indidən götür-qoy etsəniz, sizin üçün daha əlverişli olar.

Buğa - Kifayət qədər düşərli vaxtdır. Nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Amma kiməsə yalan vəd verməyə çalışmayın. Qonaq getmək sizə rahatlıq gətirə bilər.

Əkizlər - Maraqlı hadisələr yolunuzu gözləyir. Ola bilsin ki, çoxdan bəri əlaqə saxlaya bilmədiyiniz adamlarla rastlaşasınız. Günün ikinci yarısında ziyarətgahlara getmək sizi yüngülləşdirəcək.

Xərçəng – Sevgi münasibətlərində mövcud olan soyuqluğu aradan qaldırın. İmkan verməyin ki, davranışlarınız dedi-qodu səviyyəsində formalaşsın. Təcrübəli adamlarla məsləhətləşməyə çalışın.

Şir - Həddindən ziyadə düşərli təqvimdir. Təxminən saat 12-dən 17-yə qədər rastlaşdığınız hər bir hadisə ürəyinizcə olacaq. Təzə xəbər və ya təkliflər də ala bilərsiniz. Qətiyyətli olun.

Qız - Bu gün xeyli aktiv məqamlar yaşayacaqsınız. Hətta şəxsi büdcənizdə müəyyən irəliləyişlər də mümkündür. Axşama yaxınsa sevindirici hadisələrin şahidi olacaqsınız.

Tərəzi – Evdə tək-tənha oturmaqdansa ürəyinizə yaxın insanların arasında olun. Bu gün sizə çoxsaylı fikir mübadiləsi aparmaq səmərə verəcək. Riskli işlərdən uzaq olun.

Əqrəb - Ulduzlar əsəblərinizin sakitləşməsindən fərəh duyur. Əgər təmkininizi beləcə tənzimləsəniz, heç bir qanqaraçılıq olmayacaq. Gün ərzində maraqlı adamlarla görüşləriniz də gözlənilir.

Oxatan - Qarşınızda duran bu təqvim sizin üçün xüsusi əhəmiyyət kəsb edəcək. Ulduzların düzümü uzaq səfərə çıxmaq planlarınızı reallaşdırmağı tövsiyə edir. Qərarlarınızda məsuliyyətli olun.

Oğlaq - Nahara qədər ailə üzvlərinizlə, eləcə də qonum-qonşularla mübahisə etməkdən çəkinin. Hər sözə əhəmiyyət verməyin. Daha çox ürəyinizə qulaq asın. Sonrakı saatlarda sevinəcəksiniz.

Dolça - Özünüzü gərginliyə atmayın. Səmərəsiz danışıqlarda, sıxıntılı görüşlərdə iştirak etməkdən çəkinin. Əgər maraqlı heç nə olmasa, yaxın adamlarınıza baş çəkib süfrə başında "dərdləşin".

Balıqlar - Daimi ünsiyyətdə olduğunuz şəxslərlə mülayim davranın. Əgər saat 14-ə qədər təmkin göstərsəniz, narahatçılıq olmayacaq. Axşama doğru ürəkaçan hadisələrin iştirakçısına çevriləcəksiniz


Dərc etdi Esmeralda

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
596 560 571 603 553 532

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.