Esmeralda

Esmeralda Xəbərlər 17-12-2018, 16:04

Könül Kərimovanin məhkəməsində HÖKM OXUNDU: 5 İl azadlıqdan məhrum edildi

Könül Kərimovanin məhkəməsində HÖKM OXUNDU: 5 İl azadlıqdan məhrum edildi
Bakıda müğənni və daha 10-dan çox şəxsin pulunu ələ keçirməkdə ittiham olunan Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Loading.az publika.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.


Məlahət Məmmədova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Məlahət Məmmədova vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq edib.

O, zərərçəkmişlərə ümumilikdə 300 min manatdan çox ziyan vurub.

Zərərçəkənlər arasında əməkdar artist, müğənni Könül Kərimovanın da adı keçirir.

İstintaq sənədlərinə görə, Məlahət Məmmədova Könül Kərimovanın oğlu Rəşad Rəhimovu Rusiyada ali məktəblərdən birinə qəbul etdirəcəyinə vəd verib, sonradan Azərbaycan Dövlət İqtisad Universitetinə köçürülməsini təşkil edəcəyini deyib.

Bununla bağlı o, Könül Kərimovadan ümumilikdə 32 min manat pul alıb.

Lakin vədinə əməl etməyərək, aldığı pulu mənimsəyib.

İstintaq orqanı tərəfindən Məlahət Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
531 588 532 436 527 548

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.