AzizA

AzizA Texnologiya 18-12-2018, 10:17

"Serve" adlı robot-kuryer təqdim edilib

"Serve" adlı robot-kuryer təqdim edilib
ABŞ-ın "Postmates" loqistika operatoru çəkisi 22 kq-dək olan bağlamaları 48 km-dək daşıya biləcək "Serve" adlı robot-kuryerini təqdim edib. Bu haqda şirkətin bloqunda məlumat verilib.

Robot-kuryer lidar və kompüter görmə texnologiyalarının köməyi ilə istiqaməti təyin edəcək. Müştərilər robotun korpusundakı interaktiv ekranlardan istifadə edərək bağlamanı götürə biləcəklər. Bu halda robotlar kuryerləri əvəz etməyəcək: insanlar onların köməyilə çoxlu mal daşıya biləcək, bundan başqa, gələcəkdə bu kuryerlər çatdırılma üçün yük maşınlarını tamamilə əvəz edəcək.

Robot-kuryerin işini operator uzaq məsafədən izləyəcək. İnsanın sözügedən qurğu ilə problemi yarandıqda, o, xüsusi düyməyə sıxmaqla operatorla videokonfrans rejimində danışa bilər.

"Serve" robot kuryerinin istismara verilmə vaxtı hələ ki məlum deyil.



Dərc etdi: Kenan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
447 444 476 542 445 367

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.