Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 18-12-2018, 17:17

"Peyğəmbərəm" deyib insanları aldadır, hamıdan 30 avro yığır — "Ölüləri dirildən" fırıldaqçı

"Peyğəmbərəm" deyib insanları aldadır, hamıdan 30 avro yığır — "Ölüləri dirildən" fırıldaqçı
Haitidə yaşayan Makenson Dorilas xəstələrə şəfa verdiyini və Peyğəmbər olduğunu iddia edir.

Fırıldaqçı insanlardan pul qoparır və hamıdan 30 avro pul alır. O, müalicəsi olmayan xəstələri sağaltdığını və hətta ölüləri diriltdiyini də iddia edir. Dorilasa Haitidə bir çox insan hörmətlə yanaşır və ondan mədəd umur.


Məsələni araşdırmaq istəyən "France 24” kanalı Haitiyə gedib. Haitidə daxili problemlər səbəbindən reportaj təklifini rədd edən Makenson jurnalistlərlə mesaj vasitəsilə əlaqə qurmağı üstün tutur.

Fırıldaqçı iddia edib ki, gənc bir cütlüyün ona pis ruhlardan qorunmaq üçün müraciət etdiyini, cütlüyün uşaqlarının lənətləndiyini üzə çıxardığını və uşağın iki gün sonra öldüyünü bildirib. Ölüləri diriltdiyini iddia edən Makenson uşağın təbii olaraq öldüyünü bu səbəbdən onu dirildə bilmədiyini bildirib. Saxta peyğəmbər iddia edib ki, xəstəlikdən dünyasını dəyişənləri dirildə bilir.

Makenson onunla təcili görüşmək və ondan kömək istəyən insanlardan 30 avro alır. Onun 90 min izləyicisi olan "Facebook” səhifəsi də var. Ayinlərini birbaşa olaraq sosial şəbəkədə yayımlayan 32 yaşlı Makenson 15 yaşı olanda Tanrı tərəfindən peyğəmbər seçildiyi yalanına da insanları inandıra bilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
318 366 339 313 301 357

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.