AzizA

AzizA Müxtəlif / Texnologiya 19-12-2018, 13:41

Bu silah gələcək müharibələrin taleyini həll edəcək: 2019-CU İLDƏ...

Bu silah gələcək müharibələrin taleyini həll edəcək: 2019-CU İLDƏ...
"Palantin" və "Tirada-2S" radio elektron mübarizəsinin ən müasir kompleksləri ilk dəfə 2019-cu ildə Mərkəzi hərbi dairənin silahlanmasına daxil olacaq.

Bu haqda hərbi dairənin mətbuat xidməti bildirib.

"Tirada-2S" kompleksi peyk əlaqəsinin sıradan çıxarmağa qadirdir. Bu halda, peyklərin işçi vəziyyətdən çıxardılması bilavasitə Yer kürəsinin səthindən həyata keçirilə bilər", - hərbi müəssisədən bildiriblər.

Radioelektron mübarizəsinin ən yeni yüksək mobil kompleksi olan "Palantin" rəqibin radio əlaqəsi üzrə mövcud və perspektivli sistemlərinin sıradan çıxarılması, həmçinin radio elektron kəşfiyyatının aparılması üçün nəzərdə tutulub.

Məlumatına görə, aparaturanın imkanları qısadalğalı və ultraqısadalğalı diapazonlarda düşməni kor etməyə, həmçinin onu mobil rabitədən məhrum etməyə imkan verir.

Qeyd edək ki, hərbi ekspertlərə görə, gələcək müharibələrin taleyinin müəyyən edilməsində kosmik məkanda əldə edilən üstünlük, o cümlədən kəşfiyyat peyklərinin fəaliyyəti mühüm rol oynayacaq. Bu baxımdan, dünyanın böyük dövlətləri müharibələr zamanı düşmənin peyklərini məhv edəcək silahlarla bağlı geniş araşdırmalar aparırlar.

ABŞ-da isə hesab edilər ki, Rusiya ən azı 1980-ci illərdən anti-peyk silahının tədqiqatı ilə məşğul olur. Eyni zamanda, Çinin bu sahədəki fəaliyyətindən də narahatlıq ifadə edilir.



Dərc etdi: Kenan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
313 283 300 258 286 242

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.