AzizA

AzizA Texnologiya 20-12-2018, 09:15

Lenovo12 GB RAM-lı smartfonu təqdim edə bilər

Lenovo12 GB RAM-lı smartfonu təqdim edə bilər
Çində Lenovo şirkəti Lenovo Z5s smartfon modelinin təqdimatını keçirdəcək. İndi isə internetdə məlumat ortaya çıxıb ki, şirkət həmçinin təqdimat zamanı smartfonun xüsusi versiyasını da təqdim edə bilər. Belə ki, @bang_gogo_ adlı indoneziyalı insayder yeni smartfon modelinin texniki göstəricilərinin əks olunduğu fotonu paylaşıb.

Fotodakı məlumata əsasən şirkətin xüsusi smartfon versiyası Lenovo Z5s Ferrari SuperFast Edition adı lə satışa çıxacaq. Bundan əlavə olaraq məlumatda qeyd olunub ki, sözügedən smartfon Snapdragon 845 prosessoru və 12 GB RAM ilə təchiz olunacaq. Əgər bu məlumat düz olsa onda Lenovo Z5s Ferrari SuperFast Edition modeli dünyanın 12 GB RAM-a sahib ilk smartfonu olacaq.



Dərc etdi: Kenan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
576 546 541 544 536 571

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.