Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 21-12-2018, 11:01

Azərbaycanda 9 gün İŞ OLMAYACAQ

Azərbaycanda 9 gün İŞ OLMAYACAQ
Azərbaycanda gələn il üçün rəsmi bayram günləri açıqlanıb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov dekabrın 19-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən, 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, iyunun 5, 6-sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilərək qeyri-iş günü hesab olunsun".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
369 363 404 352 424 373

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.