Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 21-12-2018, 11:08

Qadın qaynı ilə əlbir oldu - Ərini öldürüb ayaqyoluna atdı - Azərbaycanda

Qadın qaynı ilə əlbir oldu - Ərini öldürüb ayaqyoluna atdı - Azərbaycanda
Qəbələ rayonunda qətl törətməkdə təqsirləndirilən Vüsalə Məmmədşərifova və Vüsal Rəfiyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Loading.Az oxu.az-a istinadən xəbər verir ki, cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baxılıb.

Keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihamla hər iki şəxs özünü təqsirli bilib. Onlar əməllərindən peşman olduqlarını deyiblər.

Qeyd edək ki, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşları birgə istintaq və əməliyyat-axtarış tədbirləri keçirib.

Nəticədə, müəyyən edilib ki, martın 25-də D.Rəfiyevlə arvadı V.Məmmədşərifova arasında münaqişə baş verib.

Bu zaman sonuncu ərinin qardaşı V.Rəfiyevlə birgə daşla onu vuraraq (baş nahiyəsinə) qətlə yetirib, cəsədini həyətdəki sanitar qovşağa atıb. Görülmüş tədbirlərlə D.Rəfiyevin meyiti oradan çıxarılıb.

V.Məmmədşərifova və V.Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb və onların barəsində cinayət işi açılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
393 394 386 330 407 373

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.