Kənan Heydərov

Kənan Heydərov Sağlamlıq 21-12-2018, 17:17

Gündə 1 yumurta yeməklə özünüzü bu ağır xəstəlikdən qoruyacaqsınız

Gündə 1 yumurta yeməklə özünüzü bu ağır xəstəlikdən qoruyacaqsınız
Çin alimləri araşdırma zamanı aşkar ediblər ki, hər gün 1 yumurta yeməklə insultun riskini xeyli azaltmaq mümkündür.

Araşdırmanın nəticələri Heart jurnalında dərc olunub.


Loading.Az xarici KİV-lərə istinadla xəbər verir ki, Pekin Universiteti alimləri 9 il ərzində yaşı 30-dan 79-a qədər olan 420 min (!) insanın qidalanması və sağlamlıq göstəricilərinə nəzarət edirdi. Nəticədə mütəxəssislər aşkar ediblər ki, hər gün yumurta yeyən insanlarda bu məhsulu yeməyən və ya nadir hallarda yeyən insanlarla müqayisədə insultun riski 26%, insultdan ölüm riski isə 28% daha azdır.

Həmçinin yumurta yeyən insanlarda digər ürək-damar xəstəliklərinin riski də 18% daha azdır.

Alimlərin fikrinə görə, yumurtanın orqanizmə olan bu müsbət təsirinin səbəbi onun tərkibində olan asan mənimsənilən zülallar, vitamin, fosfolipid və karotinoidlərdir.

Tətqiqatçılar ağır ürək və damar xəstəliklərdən qorunmaq üçün hər gün yumurta yeməyi tövsiyə edirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
486 506 482 518 535 487

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.