Nani_Fit

Nani_Fit özünü 🤗 möhtəşəm hiss edir. Məşhurlar / Xəbərlər 24-12-2018, 19:15

"Bizim serialda öpüşmə, "pastel", intim səhnələr..." - Könül NARAZILIQ ETDİ -

"Bizim serialda öpüşmə, "pastel", intim səhnələr..." - Könül NARAZILIQ ETDİ -
Aparıcı-aktrisa Könül Yusif qızı mentalitetimizin filmlərimizi bir çərçivədə saxlamasından gileyini bildirib.

Xəbər verilir ki, cəsarətli açıqlamaları ilə hər zaman seçilən Könül, bu "qadağalar"a görə film və seriallarımızda kasadlıq yarandığını qeyd edib.

Aktrisa açıqlamasında bəzi həmkarlarının bostanını daş-qalaq etməyi də unutmayıb:

"Bizdə filmdə, serialda aktyor olmağa nə var ki. Həyati təhlükəsi olan çətin tryukları olan səhnələr yox, dağdan-bağdan atdanma yox, at surmək yox, güllə atmaq yox, döyüşmə yox, dalaşma yox, öpüşmə, qucaqlaşma, pastel, intim səhnələr yox, oxumaq yox, oynamaq yox, mentalitet var, ayıbdır. Dağdan danışmaq olmaz, inciyərlər, küsərlər. Ta nə qaldı...?

Qalır ya gülmək, o da ürəkdən şaqqanaq çəkib gülə bilmirik ki, xalq nə deyər və qalır ağlamaq. Ağlamaq, bunu bacarırıq, çünkü yeganə ağlamağı və ağlatmağı ayıb bilmirik.

Sonra da bu rejjisorları, ssenirstləri, aktyorları qınayırsınız. Bu binəvalar neyləsin? Sizin nəbzinizi tuta bilirik ki?! Hər şeydən, hər kəsdən narazı, özündən muştəbeh camaatım mənim".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
322 363 314 342 294 282

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.