Mələy0001

Mələy0001 Xəbərlər 22-12-2018, 17:48

Bulvarda Yeni il tədbirlərinə start verilib

Bulvarda Yeni il tədbirlərinə start verilib


Bu gündən etibarən Dənizkənarı Milli Parkda Yeni il tədbirlərinə start verilib.

Loading.Az Trend-ə istinadən bildirir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı məlumat yayıb.

Onun sözlərinə görə, bayram hazırlıqları artıq yekunlaşıb:

"Kukla Teatrının arxasında yerləşən meydanda bayram proqramı təqdim olunacaq. Milli Parka gələn paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı surprizlər, canlı musiqi gözləyir. Bulvardakı bayram ab-havası həm uşaqlar, həm də böyüklər üçün maraqlı olacaq. Dənizkənarı Milli Parkda Yeni İl tədbirləri iki həftə ərzində davam edəcək".

Qeyd edək ki, Dənizkənarı Milli Park ərazisi boyunca ağaclar çilçıraqlarla bəzədilib. Kukla teatrının arxasında, bulvar ərazisində olan meydanda yolka qurulub, teatrın yanında, yeraltı keçidin önündə bulvar ərazisi istiqamətində işıqlarla bəzədilən, uzunluğu 35 m, eni 4.3 m və hündürlüyü 5 m olan tunel quraşdırılıb. Tunelin qurtaracağında, təxminən 30 m məsafədə diametri 5 m olan, işıqlarla bəzədilən şar quraşdırılıb. Şarın yaxınlığında Yeni ilin rəmzi olan maral qoşulmuş xizək, işıqlarla bəzədilmiş retro maşınlar qoyulub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
397 396 410 400 390 406

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.