Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 23-12-2018, 11:00

Azərbaycanda ŞOK: 8 yaşlı uşaq özünü asdı

Azərbaycanda ŞOK: 8 yaşlı uşaq özünü asdı
Zaqatalada intihar hadisəsi baş verib.

Loading.Az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında qeydə alınıb.

Zaqatala şəhər sakini, 2010-cu il təvəllüdlü Eşqin Fərmayıl oğlu Əhmədovun meyiti yaxınları tərəfindən şəhərin Azərbaycan prospektindəki fərdi yaşayış evlərinin birinin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkarlanıb. 8 yaşlı E.Əhmədovun intihar etməsinin səbəbi hələ ki, məlum deyil.

İlkin məlumata görə, onun intihar etdiyi ev bibisigilə məxsusdur. Qonşuluqda yaşayan E.Əhmədov axşam saatlarında bibisigilə gəzməyə gedib. Bu gün həm də onun bacısının doğum günüdür.

Faktla bağlı Zaqatala rayon Pokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
431 414 476 413 440 403

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.