İlin ən uğursuz filmlərinin siyahısı açıqlandı - SİYAHI+FOTOLAR

"The Hollywood Reporter" nəşri 2018-ci ilin ən uğursuz filmlərinin siyahısını tərtib edib.

Loading.Az report-a istinadən xəbər verir ki, jurnalın tənqidçiləri rejisoru Kevin Connolly olan "Gotti" kinosunu bu ilin ən pis filmi seçiblər.


Tənqidçilərin fikrincə, ekran əsərinin bəzi məqamları olduqca yersiz, bəzi məqamları isə, sadəcə, gülüncdür.

İkinci yeri rejissoru Otto Bathurst olan "Robin Hood" filmi tutub. Nəşrdə verilən qiymətləndirmədə qeyd olunub ki, kino xüsusilə saxta silahlar və aktyorlar üçün geyim seçimi baxımından müvəffəqiyyətsiz olub.

Üçüncü pillədə rejissoru James Foley olan "Fifty Shades Freed" adlı ekran əsəri qərarlaşıb. Tənqidçilərin fikrincə, bu ekran əsərinin seriaları bəlkə də yayım tarixinin ən pis filmləridir. Bildirilib ki, ekran əsərinin yaradıcıları ən darıxdırıcı cütlüyü, maraqlı xarakterə çevirməyə çalışsalar da, bu, uğurlu alınmayıb.

Bundan başqa, ilk beşlikdə rejissoru Dan Fogelman olan "Life itself" və rejissoru Ruben Fleischer olan "Venom" filmləri də var.


İlin ən uğursuz filmlərinin siyahısı açıqlandı - SİYAHI+FOTOLAR



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
357 326 291 336 290 306

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.