Esmeralda

Esmeralda Xəbərlər 27-12-2018, 13:04

Özünü qumbara ilə partladan müəllimin FOTOSU YAYILDI - TƏFƏRRÜAT

Özünü qumbara ilə partladan müəllimin FOTOSU YAYILDI - TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi, Gədəbəy rayonunun mərkəzində müəllim "F-1" əl qumbarasını partladaraq intihar edib.

Loading.az xəbər verir ki, unikal.org intiharın təfərrüatları ilə bağlı məlumatlar əldə edib.
Arzuladığınız mənzil və ya torpaq sahəsinə sahib olun.

Belə ki, özünə qəsd edən 1974-cü il təvəllüdlü Nemət İlyas oğlu Bayramov Gədəbəy Rayon Peşə Liseyinin müəllimi olub. Liseyin direktoru Şakir Məsumovun verdiyi məlumata görə, mərhum idman müəllimi olub:

"Nemət idman müəllimi idi. Onun hansı səbəbdən bu addımı etməsi bilinmir. Mərhum ailəli olub bir qız övladı var idi. Onun qızı iki dəfə əməliyyat olunmuşdu. Həyat yoldaşının da əməliyyat olunacağı bildirilir. Deyilənə görə sosial problemləri var imiş. Özləri rayonun mərkəzində yaşayırlar. Evə gələrkən yolda özünü partladıb. Mərhum hələ dəfn olunmayıb. Cənazəsini yaşadığı mənzilə gətiriblər".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
376 380 312 350 353 338

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.