Dul insanlar daha tez ölür

Dul insanlar daha tez ölür
Amerikanın Rays Universitetinin alimləri dul insanların niyə erkən öldüyünü araşdırıb.

Loading.Az xarici mətbuata istinadla xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki, depressiya orqanizmdə müəyyən dəyişikliklərə və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.


Mütəxəssislər araşdırma çərçivəsində 3 ay müddətində yaxınlarını itirmiş 99 nəfəri müayinə ediblər. Könüllülərdən itkini necə yaşadıqları soruşulub. Araşdırmaçılar depressiyanın müəyyən edilməsi üçün qan analizləri də götürülüb.

Müəyyən olunub ki, həyat yoldaşının ölümündən çox təsirlənən şəxslərdə qanda iltihablaşdırıcı proteinlər - sitokinlər FN-γ, IL-6 və TNF-α-nın səviyyəsi yüksək olub.

Alimlərin sözlərinə görə, bu araşdırmanın nəticələri bir daha sübut edir ki, dul qalmış insanlar daha çox ürək-damar xəstəliklərindən əziyyət çəkir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
269 299 263 283 277 248

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.